“Joğovurd”: Ermənistan hökumətinin parlamentə göndərdiyi Roma Statutu idarələrdə araşdırılıb

2023/09/1694199196.jpg
Oxunub: 33825     20:13     21 Sentyabr 2023    
Ermənistan hökumətinin ratifikasiya üçün parlamentə göndərdiyi Roma Statutu idarələrdə araşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu layihənin parlamentdə əsas spikeri Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan olacaq.

“Hüquqi ekspertiza nöqteyi-nəzərindən heç bir problemli norma aşkar edilməsə də, beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu barədə arayışın layihədə təqdim edilmədiyi qeyd edilib. Eyni zamanda qeyd edilir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda Ermənistanın qanunvericiliyi ilə başqa cür formalaşdırılan və ya müəyyən edilən bir sıra anlayış və terminlərdən istifadə olunur. Digər ekspertizanın nəticələri ilə bağlı hər hansı şərh verilməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rom-Statutu  


Bizi "telegram"da izləyin