Sabiq erməni rəsmi: “Rusiya öz hərəkətləri ilə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini artırır”

2023/09/36601-1695295791.jpg
Oxunub: 194     19:56     21 Sentyabr 2023    
“Rusiya öz hərəkətləri ilə (daha çox hərəkətsizliyi ilə) Ermənistanda təəccüblü və uzaqgörməz şəkildə anti-Rusiya əhval-ruhiyyəsini artırır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirlər Komitəsinin keçmiş keçmiş sədri Davit Ananyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın hesablaması təhqiredici dərəcədə primitivdir.

“Bu, dost və strateji tərəfdaş ölkənin davranışıdır? Müharibədən əvvəlki Ukraynada ümumilikdə onlara kifayət qədər sadiq olan Ukrayna xalqının indi Rusiyaya qarşı tam nifrətlə dolduğu bir vaxtda sanki Moskva Rusiya-Ukrayna münaqişəsi nəticəsində əldə etdiyi “nailiyyət”lərdən nəticə çıxarmayıb”, - deyə Ananyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin