“Növbəti Ermənistan olacaq, çox gec olmayacaq” - Ermənistanın sabiq BQ rəisi

2019/12/movse-1576663701.jpg
Oxunub: 27656     17:59     21 Sentyabr 2023    
“İki il ərzində daim demişəm ki, Ermənistanın apardığı siyasət buna gətirib çıxaracaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Hakobyan deyib.

“Növbəti Ermənistan olacaq, çox gec olmayacaq”, - deyə Hakobyan qeyd edib.

“Ordunun, Müdafiə Nazirliyinin hazırda edəcəyi bir şey yoxdur?” sualına o, cavab olaraq bildirib: “Mən ordudan getmişəm. Ordunun vəziyyəti necədir, hansı imkanlara malikdir, bilmirəm”.

Vəziyyətdən çıxış yolları, hakimiyyət dəyişikliyi zamanı mümkün irəliləyiş əldə olunması ilə bağlı digər suallara cavab olaraq Hakobyan qeyd edib: “Düzgün işləsən, hər şey mümkündür”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Movses-Hakobyan   Ermənistan  


Bizi "telegram"da izləyin