Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadılır

2023/06/64903-1687176676.jpg
Oxunub: 180     14:35     21 Sentyabr 2023    
Moldova parlamenti fövqəladə vəziyyət rejiminin daha 60 gün müddətinə uzadılması barədə səs verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, səsvermə Ukraynadakı mövcud situasiya ilə əlaqədar keçirilib.

Hakim partiyanın 56 deputatının səsverməsi ilə hökumətin təqdim etdiyi təklif qəbul edilib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin müddəti oktyabrın 2-də başa çatırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Fövqəladə-vəziyyət  


Bizi "telegram"da izləyin