Erməni hüquq müdafiəçisi: “Rusiyanın Ermənistanda çevriliş etmək cəhdləri var”

2023/09/2023--1695292653.jpg
Oxunub: 16835     17:18     21 Sentyabr 2023    
“Bu gün iki yanaşma var: əhalinin evakuasiyası və ya birbaşa dialoq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Sülh Dialoqu” ictimai təşkilatının rəhbəri, erməni hüquq müdafiəçisi Edqar Xaçatryan deyib.

Xaçatryanın sözlərinə görə, bu proses müqəddimədir, son məqsəd Ermənistandır.

“Bu, mürəkkəb bir vəziyyətdir: hökumət binası qarşısındakı proseslər bir-birinə bağlıdır. Rusiyanın Ermənistanda çevriliş etmək cəhdləri var. Ssenarilərdən biri budur ki, Ermənistanı müharibəyə cəlb edirlər, çox tez məğlub olurlar və öz qucağına alması üçün Rusiyaya müraciət edirlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin