Erməni siyasi şərhçi: “Çevrilişin nəticəsi o olacaq ki, Ermənistan müstəqilliyini itirəcək, Rusiyanın quberniyasına çevriləcək”

2023/09/2023--1695292557.jpg
Oxunub: 24393     16:59     21 Sentyabr 2023    
“Dəhşətli ağır vəziyyətdir”.

Ordu.az xəbər verir ki, bunu Çexiya ermənisi olan siyasi şərhçi Baqrat Arakelyan deyib.

Onun sözlərinə görə, separatçılar rus sənədinin altını imzalayıblar, həmin sənədlə Ermənistanı cəlb etməyə cəhd edirlər.

“Azərbaycanın məqsədi Qarabağ, Rusiyanın məqsədi isə Ermənistandır. Ermənistanda Rusiya çevrilişi təhlükəsi görürəm. Hökumət binası yaxınlığındakı mitinqlərin təşkilatçıları Rusiyanın rəhbərlik etdiyi qüvvələrdir. Çevrilişin nəticəsi o olacaq ki, Ermənistan müstəqilliyini itirəcək, Rusiyanın quberniyasına çevriləcək”, - deyə Arakelyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çevriliş   Ermənistan  


Bizi "telegram"da izləyin