Ordu.az xəbər verir ki, bunu “Müstəqil Ermənistan” partiyasının sədri Davit Sanasaryan deyib.
Sanasaryanın sözlərinə görə, Paşinyan, sanki, Putinin aralarında hər şeyin normal olduğunu deməsi ilə fəxr edirdi.
“Beynəlxalq ictimaiyyət özümüz haqqında düşündüyümüzü görəndə bizim haqqımızda düşünəcək. Uduzduğumuz bu döyüşlər son deyil. İş o yerə çatıb ki, İrəvandakı seçkilərdə 28 faiz iştirak edib. Daha seçki məsələsinə toxunmasınlar. Seçkilər artıq tarixdir, addımlar atılmalıdır. Qorxu içində yaşamaq kimə lazımdır? Paşinyan bir kapitulyasiyaya imza atdı, digərinə tezliklə Daşnaksütun imza atacaq. Paşinyana “Siz kapitulyasiyaya imza atmısınız” deyənlər indi əsl kapitulyasiyaya özləri imza atacaqlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az