Ordu.az xəbər verir ki, Gülbaran IDEF2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində sərgilədikləri məhsulların təfərrüatlarını açıqlayıb.
O qeyd edib ki, qumbaraatanlı dron sistemi ilə 6 ədəd 40 mm-lik raket müəyyən edilmiş hədəfi təqib edərək atıla bilər.
“AIRAKS Teknoloji” olaraq, sol tərəfimdə gördüyünüz qumbaraatanlı dron sistemini inkişaf etdiririk. Bu sistemin özəlliyi ondan ibarətdir ki, o, müəyyən edilmiş hədəfi izləyərək, 6 ədəd 40 mm-lik raket atmağı bacarır. Bu atış zamanı düşmən zirehli hədəfdirsə, zirehdəlici başlıq mövcuddur. Bu sistemlə biz bir tank zirehinə qədər 5 sm-lik zirehləri dələ bildik. Əgər bizə qarşı düşmən şəxsi heyəti varsa, biz onlara qəlpəli partlayıcılar ata bilərik. 4 km məsafədən hədəfi 4 saniyə ərzində vurmaq imkanımız var. Sistem ballistik düşməni hesablaya, buna uyğun olaraq lüləni istiqamətləndirə bilər və sistem bir operator tərəfindən istifadə edilə bilər”, - deyə Gülbaran bildirib.
Sevinc Əliyeva
Ordu.az