Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Şoyqu İranın paytaxtı Tehranda İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani ilə görüşüb.
Görüşdə çıxış edən Şoyqu ABŞ və müttəfiqlərinin bütün müqavimətlərinə baxmayaraq, Rusiya və İranın planlaşdırdığı bütün fəaliyyətləri həyata keçirməyi hədəflədiyini bildirib.
Şoyqu qeyd edib ki, Rusiya və İranın qarşılıqlı fəaliyyəti yeni səviyyəyə keçdiyi üçün sanksiya təzyiqi faydasızdır.
Rusiyalı nazir Tehrandakı təmasları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi sərgisinə baş çəkib və İran istehsalı olan ən son Pilotsuz Uçuş Aparatları (PUA), raketlər və Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə tanış olub.
Görüşdə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Sevinc Əliyeva
Ordu.az