Türkiyə MN: Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik

2023/05/1683636331.jpg
Oxunub: 21079     13:33     21 Sentyabr 2023    
Azərbaycanın öz suveren ərazisində zəruri hesab etdiyi tədbirlərin görülməsi, qanunsuz erməni silahlı qüvvələrinin uzun illərdir davam edən hücum və təxribatlarının qarşısının alınması məqsədilə Qarabağda başlanan lokal antiterror əməliyyatını, bundan sonra qəbul edilən atəşkəs qərarını və regionda baş verən son hadisələri diqqətlə izləyirik.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd olunub ki, Türkiyə Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları və Ermənistan ilə daimi sülhün bərqərar olması istiqamətində göstərdiyi səmimi səyləri dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin