Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanları əməkdaşlıq məsələlərini müzakirə ediblər

2023/09/098ca-3390577658.jpg
Oxunub: 230     13:31     21 Sentyabr 2023    
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   HDQ   ABŞ  


Bizi "telegram"da izləyin