Ordu.az xəbər verir ki, bunu İrəvanda Respublika meydanında keçirilən mitinqdə “Hayakve” təşəbbüsünün üzvü, erməni ictimai xadim Avetik Çalabyan deyib.
O qeyd edib ki, Rusiyanın Ukrayna münaqişəsinə daxil olması və regionda geri çəkilməyə başlaması ilə regionun ənənəvi təhlükəsizlik sistemi məhv edilib.
“Qarabağda ötən gün baş verənlər Rusiya üçün böyük biabırçılıq idi, çünki o, Qarabağın təhlükəsizliyinin təminatçılarından biri idi, lakin təminatçı funksiyasını yerinə yetirmədi”, - deyə Çalabyan bildirib.
Çalabyan xatırladıb ki, Rusiya Ermənistanın artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirməklə özünə haqq qazandırıb.
Alpər Mövludoğlu
Ordu.az