Ordu.az xəbər verir ki, bunu İsrailin “Nativ” xüsusi xidmət orqanının keçmiş rəhbəri, məşhur politoloq Yakov Kedmi deyib.
Onun sözlərinə görə, bu siyasəti yürütmək İranın Ermənistana mümkün yardım və dəstəyini zəiflətmək deməkdir.
Politoloq hesab edir ki, Rusiya Ermənistanın ərazi bütövlüyünə zəmanət vermək öhdəliyini yerinə yetirsə, Ermənistan ərazisindən dəhlizin açılması baş tutmayacaq.
Kedmi Ermənistana İranın fəal dəstəyini xatırladıb.
“Ermənistan lideri hansı bölgədə olduğunu bilmir. İran-ABŞ münasibətlərindən xəbəri ola-ola ABŞ ordusunu İranla sərhədə gətirəndə nə düşünür? Nədir, o ümid edir ki, İran Ermənistanı dəstəkləyəcək? Halbuki Ermənistanda ABŞ-nin təsiri artacaq. Əgər İran regionda sərhəd dəyişikliyinin yolverilməzliyi ilə bağlı qırmızı xətlər açıqlayıbsa, bu, ciddidir. Amma eyni zamanda İranın üzünə tüpürmək, İran sərhəddində ABŞ hərbi təlimləri keçirmək və Ermənistanı ABŞ-nin təsiri altına salmaq olmaz”, - deyə politoloq qeyd edib.
Kedmi əmindir ki, digər oyunçular heç nə etməyəcəklər.
Alpər Mövludoğlu
Ordu.az