Hindistan Hərbi Hava Qüvvələri (HHQ) Ermənistan, İspaniya və Kot-d'İvuarda hərbi attaşelər təyin etməklə, strateji məqsədlər üçün xaricdəki mövcudluğunu genişləndirmək niyyətindədir.
Ordu.az xəbər verir ki, bu barədə Hindistan HHQ-nin qərargah rəisi Vivek Ram Çaudhari bildirib.
O qeyd edib ki, Hindistan HHQ ABŞ-nin Sakit Okean Komandanlığına da koordinasiyanın təşkili üçün 3 zabit göndərəcək.
Bununla bağlı Hindistanın Baş naziri Modi ilə ABŞ Prezidenti Bayden arasında bu ilin iyununda razılıq əldə olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Hindistan
HHQ
Ermənistan