Almaniya və Fransa arasında tank böhranında yeni inkişaf yaşanır

2023/09/Frans-1695283708.jpg
Oxunub: 220     17:07     23 Sentyabr 2023    
Almaniya və Fransanın birgə tank layihəsində böhranlar həll olunmağa meyllidir.

Ordu.az xəbər verir ki, iki ölkənin nazirləri “Leopard” və “Leclerc” tanklarını əvəz edəcək MGCS üçün görüşəcəklər.

Fransa Silahlı Qüvvələr naziri Sebastien Lekornu və Almaniyanın müdafiə naziri Boris Pistorius “Le Monde” qəzetinə verdiyi birgə müsahibədə Fransa və Almaniyanın Əsas Quru Döyüş Sistemi (MGCS) Layihəsi çərçivəsində yeni nəsil tankı birgə inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.

Pistorius Almaniya, İspaniya və İtaliya müdafiə şirkətlərinin müasir döyüş tankının hazırlanması ilə bağlı ayrıca layihənin olduğunu və MGCS-ə alternativin olmadığını bildirib.

Pistorius Fransa və Almaniyanın müntəzəm olaraq görüşdüyünü və dünyanın ən müasir tanklarından birinin hazırlanması üzrə birgə layihəsini davam etdirməkdə qətiyyətli olduqlarını söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa  


Bizi "telegram"da izləyin