Lavrov: "Qlobal münaqişə riskləri artır"

2023/07/45645-1690617426.jpg
Oxunub: 282     21:47     20 Sentyabr 2023    
Qlobal münaqişə riskləri artır.

Ordu.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiyini söyləyib: "ABŞ istəsə, Zelenskiyə Moskva ilə dialoqu qadağan edən fərmanı ləğv etmək əmrini verə bilər".

Rusiya XİN başçısı əlavə edib ki, Qərb dürüst arqumentlərə malik olmadığı üçün Ukraynadakı münaqişənin səbəbləri barədə predmetli danışıqlardan yayınır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin