Kreml: Paşinyan Putinə zəng edib - YENİLƏNİB

2022/04/625ef-1650392068.jpg
Oxunub: 559     22:03     20 Sentyabr 2023    
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Ordu.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı son hadisələri müzakirə ediblər.

Rusiya prezidenti münaqişənin kəskin mərhələsinin aradan qaldırılmasına nail oldunduğunu məmnunluqla qeyd edib.

Putin Rusiya sülhməramlılarının fəal iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması və sentyabrın 21-də Bakı və Xankəndi nümayəndələri arasında danışıqların aparılması haqqında əldə olunan razılaşmanı alqışlayıb. Danışıqların Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə baş tutacağını bildirib.

***

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin