Hikmət Hacıyev: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, amma etdikləri diplomatik addımlar bunun əksini deyir"

2023/03/hikme-1678635096.jpg
Oxunub: 32240     17:54     20 Sentyabr 2023    
Azərbaycan Ermənistanla prosesin normallaşdırılmasına və sülhə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı bir neçə dəfə hibrid müharibə aparıb:

“Bu da diplomatik formada yürüdülən müharibələr idi ki, diasporlar da buraya cəlb edilmişdi. Lobbi də Azərbaycana qarşı hibrid müharibələrə cəlb edilmişdi. Bu məntiq bizə aydın deyil. Ermənistan hökumət olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, amma etdikləri diplomatik addımlar bunun əksini deyir”.

Prezidentin köməkçisi deyib ki, Ermənistan lüzumsuz və lazım olmayan, regionda sülhə mane olan təşəbbüslər edir:

“Biz gələcəkdə fəal olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ümid bəsləyirik. Bununla da regionda stabil, uzunmüddətli sülh təmin ediləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin