Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov Naxçıvanda dəfn edilib - YENİLƏNİB

2023/09/f4b1a-1695195114.jpg
Oxunub: 408     11:26     20 Sentyabr 2023    
Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov Naxçıvanda dəfn edilib.

Ordu.az xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu atəş və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, qəbri üzərinə tər güllər düzülüb.

***

Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərovla Naxçıvan şəhərində vida mərasimi keçirilir.

Ordu.az xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu ilə vida mərasimi keçirilir.

Vida mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Vida  


Bizi "telegram"da izləyin