Ermənilərin mina terroru nəticəsində həlak olan Seymur Mahmudov dəfn olunub - YENİLƏNİB

2023/09/16812-1695188094.jpg
Oxunub: 478     10:30     20 Sentyabr 2023    
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur Mahmudov dəfn edilib.

Ordu.az xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, S.Mahmudovun qəbrinə tər güllər düzülüb.

***

Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi başa çatıb.

Ordu.az xəbər verir ki, mərhumun cənazəsi Binəqədidə yerləşən Şəhidlər xiyabanına aparılır.

***

Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.

Ordu.az xəbər verir ki, Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub.

S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Binəqədi   Şəhid   Xocavənd  


Bizi "telegram"da izləyin