Slutski: "Rusiyanın Qarabağdakı sülhməramlı missiyası üzərinə düşən vəzifəni yerinə yetirir"

2021/10/leo-1634272376.jpg
Oxunub: 273     01:51     20 Sentyabr 2023    
Ermənistanın hazırkı rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyi ilə bağlı mövqeyi Bakıya oradakı vəziyyəti öz ərazisində daxili münaqişə kimi qiymətləndirməyə əsas verir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

Onun sözlərinə görə, Qarabağda münaqişənin bütün tərəfləri axan qanı dayandırmalı və danışıqlara qayıtmalıdır.

Parlamentari onu da bildirib ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyası üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Sülhməramlı  


Bizi "telegram"da izləyin