Qazaxıstan BMT-nin İnkişaf Məqsədləri Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir

2023/09/1695159944.jpg
Oxunub: 152     01:41     20 Sentyabr 2023    
Qazaxıstan rəhbərliyi Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya və ABŞ dövlət başçılarının görüşündə iştirakının yekunu ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin regional mərkəzinin yaradılmasında ABŞ-ın dəstəyinə ümid edir”, - məlumatda deyilib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.

Müzakirə zamanı Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin liderləri təhlükəsizlik problemlərinin, o cümlədən kibertəhlükələrin, terrorçuluğun, zorakı ekstremizmin, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinin həllində əməkdaşlığın gücləndirilməsi perspektivlərinə toxunublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   BMT  


Bizi "telegram"da izləyin