Prezidentin köməkçisi: "Azərbaycan sülh gündəmini dəstəkləyir"

2023/09/1694281853.jpg
Oxunub: 346     01:13     20 Sentyabr 2023    
Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin rəsmi İrəvan da öz öhdəliklərini yerinə yetirməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara təşəbbüs göstərib: “Azərbaycan sülh gündəmini və Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”.

Eyni zamanda, Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirməlidir: “Birincisi, bütün hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarmalı, həmçinin qanunsuz marionet rejimin maliyyələşdirilməsini dayandırmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin