Müdafiə Nazirliyi: Erməni əsilli sakinlərin təxliyə kolonuna atəş açılması xəbəri yalandır - YENİLƏNİB

2023/07/rusiy-1689157809.jpg
Oxunub: 341     00:28     20 Sentyabr 2023    
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Belə əsassız iddiaları qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.

***

Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingentinin (RSK) konvoyunu atəşə tutmayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Caliber”ə hərbi mənbələrdən deyilib.

“Azərbaycan Silahlı Qüvvələrinin erməni sakinləri kəndlərdən təxliyə edən Rusiya sülhməramlılarının konvoyunu guya atəşə tutması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan hər hansı faciənin qarşısını almaq üçün öz fəaliyyətini RSK ilə sıx əlaqələndirir”, - mənbə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Təkzib  


Bizi "telegram"da izləyin