Ordu.az Ermənistanın internet mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları Rusiya səfirliyini mühafizə edən polislə əlbəyaxa olublar. Polis dəyənək tətbiq etmək məcburiyyətində qalıb.
Bununla yanaşı, İrəvanda hökumət binasının qarşısında da kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları baş nazir N.Paşinyanın istefasını tələb edirlər. Hökumət binasına daxil olmağa cəhd edən aksiyaçılarla polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı həm aksiyaçılar, həm də polis əməkdaşları xəsarət alıb.
Hazırda İrəvanda aksiyalar davam edir.
Ordu.az