Blinken Azərbaycan-Ermənistan danışıqlarında iştirak edəcək

2023/09/78787-1694148880.jpg
Oxunub: 425     23:01     19 Sentyabr 2023    
ABŞ dövlət katibi Entoni Blinken yaxın 24 saat ərzində Ermənistan-Azərbaycan danışıqlarına cəlb olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ gərginləşən vəziyyətlə bağlı təfərrüatları öyrənmək üçün diplomatik kanallardan istifadə edir.

Agentlik bildirir ki, Blinken yaxın 24 saat ərzində Ermənistan və Azərbaycan arasında diplomatik danışıqlara cəlb olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin