Yedditəpə Universitetinin müəllimi: “Ərdoğanın Nyu-Yorkda “Qarabağ Azərbaycandır” deməsi Türkiyənin əhəmiyyətli mövqeyidir”

2023/09/78784-1695150012.jpg
Oxunub: 31048     22:51     19 Sentyabr 2023    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında “Qarabağ Azərbaycandır” ifadəsini xüsusilə vurğulaması Ankaranın xarici siyasətinin əhəmiyyətli mövqeyidir.

Ordu.az xəbər verir ki, bunu “HaberGlobal”ın “Neden?” proqramında çıxış edən Yedditəpə Universitetinin müəllimi Deniz Tansi bildirib.

O deyib ki, Ərdoğanın BMT kimi nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanın haqlı mübarizəsini, apardığı antiterror əməliyyatını dəstəkləməsi və Ermənistanın addımlarını şiddətlə qınaması Türkiyənin ədalətli mövqeyinin və qətiyyətinin daha bir nümunəsidir:

“Ərdoğanın mühüm bir beynəlxalq toplantıda dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyünü qorumasına, Ermənistanın haqsız davranışlarına yönəltməsi son dərəcə anlamlı və mühüm ismarışlar idi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin