Antiterror tədbirləri əleyhinə nalayiq ifadələr yazanlar DTX-ya dəvət edilib

2023/06/1686844131.jpg
Oxunub: 446     22:39     19 Sentyabr 2023    
Sosial şəbəkələrdə heç bir əsas olmadan baş vermiş terror aktları nəticəsində həlak olmuş mülki şəxslərə və polis əməkdaşlarımıza hörmətsizlik ifadə edən, Azərbaycan xalqının haqq mübarizəsi və dövlət orqanları tərəfindən həyata keçirilən antiterror tədbirləri əleyhinə nalayiq ifadələr səsləndirən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə dəvət edilmələri barədə məlumatlar yayılıb.

DTX-dan Ordu.az-a bildirilib ki, həmin şəxslərin şübhəli fəaliyyətlərinin araşdırılması ilə yanaşı, belə həssas bir vaxtda ciddi zaman ayrılmaqla əsir və itkin düşmüş vətəndaşlarımız və onların acı taleyi barədə çoxsaylı video və digər materiallarla tanış olmaları təmin edilir.

Hesab edirik ki, qeyd olunan şəxslər dövlətin təmkinli, humanist və maarifləndirici fərdi münasibətindən düzgün nəticə çıxararlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   DTX  


Bizi "telegram"da izləyin