Hakan Fidan: "Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir"

2023/09/1693759798.jpg
Oxunub: 165     22:11     19 Sentyabr 2023    
"Hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da Nyu York şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

C.Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan  


Bizi "telegram"da izləyin