Tehran: İslam Respublikası Qarabağı Azərbaycanın ərazisi hesab edir

2023/04/16524-1680973142.jpg
Oxunub: 355     22:09     19 Sentyabr 2023    
İran Xarici İşlər Nazirliyi Qarabağdakı vəziyyəti dialoq yolu ilə həll etməyə çağırıb.

Ordu.az bu barədə erməni mediasına istinadən bildirir.

Nazirlik rəsmisi Nasser Kanani bildirib ki, region ölkələri fikirayrılıqlarının həllinə kömək edə bilər. İran da öz növbəsində “3+3” formatında (Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyə) görüş keçirməyə hazırdır.

“İslam Respublikası Qarabağı Azərbaycanın ərazisi hesab edir və əmindir ki, bu regionun problemləri, eləcə də əhalinin hüquq və təhlükəsizliyi məsələləri dialoq yolu ilə həll olunmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin