Tevanyan Paşinyanın impiçment yolu ilə istefaya göndərilməsi proseduruna başlamağa çağırıb

2022/10/1666080726.jpg
Oxunub: 30445     22:08     19 Sentyabr 2023    
“Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan siyasi qüvvələri baş nazir Nikol Paşinyanın impiçment yolu ilə istefaya göndərilməsi proseduruna başlamağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Tevanyan Respublika meydanında keçirilən etiraz aksiyası zamanı mövcud vəziyyətdən çıxmaq üçün “yol xəritəsi” təqdim edərkən bildirib:

"Bizim hakimiyyət dəyişikliyini həyata keçirməyimiz üçün bütün siyasi qüvvələr səy göstərməlidir".

O, bütün qüvvələri birləşməyə, Nikol Paşinyanın istefaya göndərilməsi və yeni milli hökumətin formalaşdırılması üçün səy göstərməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tevanyan   Paşinyan  


Bizi "telegram"da izləyin