Türkiyəli general: “Azərbaycan Ordusu ölkə ərazisindəki bütün qanunsuz silahlıları məhv edəcək” – VİDEO
Oxunub: 455
21:58
19 Sentyabr 2023
Türkiyənin “Haber Global” telekanalının efirində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri müzakirə olunur.
Canlı efirə qoşulan istefada olan aviasiya general-leytenantı Erdoğan Karakuş Ermənistanın öz havadarlarına arxayın olduğunu və sülh prosesini ləngitdiyini bildirib.
O, bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəl-axır sülh sazişini imzalayacaq və Azərbaycan Ordusu ölkə ərazisidəki bütün qanunsuz silahlıları məhv edəcək.