Səfir xarici jurnalistləri Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı məlumatlandırıb - FOTOLAR

2023/09/d5189-5085437445.jpg
Oxunub: 133     21:46     19 Sentyabr 2023    
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Avropa-Amerika Press-klubu”nun nümayəndələrini Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni birləşmələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Avropa-Amerika Press-klubu”nun üzvlərini Parisdə qəbul etməkdən məmnunluq duydum. Azərbaycan, onun xarici siyasəti və beynəlxalq arenadakı rolu haqqında danışdım, son regional hadisələr, o cümlədən Azərbaycanın son lokal xarakterli antiterror tədbirləri ilə bağlı jurnalistlərin suallarını cavablandırdım”, - səfir qeyd edib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xarici-jurnalistlər   Qarabağ  


Bizi "telegram"da izləyin