Ordumuz separatçıların müdafiə xəttini yardı - RƏSMİ

2022/11/62ae2-1667656884.jpg
Oxunub: 32355     20:18     19 Sentyabr 2023    
“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”.

Ordu.az xəbər verir ki, bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.

O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.

“Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək” - Prezidentin köməkçisi əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin