XİN: Fransa regiondan nə qədər uzaq olsa, bir o qədər yaxşı olar

2023/07/1690441082.jpg
Oxunub: 28045     20:08     19 Sentyabr 2023    
"Fransanın İslamofob və anti-Azərbaycan siyasəti və onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar".

Ordu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici işlər Nazirliyinin Fransa Avropa və Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə qəbulolunmaz bəyanatına dair şərhində yer alıb.

Bildirilib ki, Fransanın bugünkü mövqeyi bu ölkənin müstəmləkə bölgələrində bu gün üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu mövzuda əvvəlki davranışlarını və siyasətlərini davam etdirdiyini göstərir.

"Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər", - XİN qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN  


Bizi "telegram"da izləyin