“Paşinyan Anna ilə əylənirsən, cəzanı çəkəcəksən, yaxşı bil” - Erməni terrorçu

2023/09/21975-1695138804.jpg
Oxunub: 646     19:52     19 Sentyabr 2023    
Ermənistanda hökumət binası qarşısında keçirilən aksiyada diaspor ermənisi, “Erməni soyqırımına ədalət döyüşçüləri” erməni terror təşkilatının üzvü Hambik Sasunyan da çıxış edib.

Ordu.az xəbər verir ki, Sasunyan Ermənistan Baş naziri Nikol Paşinyanı kəskin şəkildə tənqid edib.

“Əziz insanlar, qulaq asın, mənim adım Hambik Sasunyandır, mən Livandanam, ABŞ-dən gəlmişəm. Çoxları bilir ki, mən 80-ci illərdə “silahlı mübarizə”nin (terrorizmin-red.) iştirakçısı olmuşam. Los-Ancelesdəki türk konsulunu öldürdüm. Mən Ermənistan və Qarabağa görə 40 il həbsdə yatmışam, daha 40 il də yataram, Ermənistan və Qarabağı satqın itlərdən xilas etməliyik. Bunu yaxşı bilin, camaat. Biz satqınlarla yaşayırıq. Nikol, mənə diqqətlə qulaq as, mənim adım Hambik Sasunyandır, bilmirdinsə, layiq olduğun cavabı almalısan, satqın it. Qarabağda erməni uşaqlar (hərbi qulluqçular-red.) öldürülür, sən də Anna ilə əylənirsən, cəzanı çəkəcəksən, yaxşı bil. Cəzasız qalmayacaqsan, Yerablura, Qarabağa, millətə xəyanətin əvəzini ödəməlisən. Sənə qulluq edənlər də layiqli cəzalarını çəkməlidirlər. Nikol Paşinyan, üzünə tüpürüm, sən satqının birisən”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terrorçu   Paşinyan  


Bizi "telegram"da izləyin