Şoyqu İranın Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

2023/09/a027d-1695138684.jpg
Oxunub: 197     19:46     19 Sentyabr 2023    
Tehranda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında danışıqlar aparılıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, onlar Suriya, Əfqanıstan, eləcə də Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Şoyqu səfəri zamanı ikitərəfli hərbi əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirəsini təklif edib.

"Müzakirə edilməli məsələlər çoxdur. Bunlara təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir", - Şoyqu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Qarabağ  


Bizi "telegram"da izləyin