Bayden BMT TŞ-də islahatlar aparılmasını istəyir

2022/05/da097-1653064095.jpg
Oxunub: 20225     19:44     19 Sentyabr 2023    
ABŞ BMT Təhlükəsizlik Şurasında “yeni səslərə” və “yeni fikirlərə” ehtiyac olduğunu düşündüyündən bu təşkilatda islahatlar aparılmasına çalışacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib.

“Keçən il burada çıxışımda Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, daimi və qeyri-daimi üzvlərin sayının artırılmasını dəstəkləyəcəyini bəyan etmişdim. Bizə daha çox səs, daha çox fikir lazımdır”, - Amerika lideri deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   BMT  


Bizi "telegram"da izləyin