Peskov: "Paşinyanın məktubundan sonra onun Putinlə əlaqəsi olmayıb"

2021/09/15483-1630570894.jpg
Oxunub: 171     17:56     19 Sentyabr 2023    
Ermənistan hökumətinin başçısının Rusiya liderinə məktub göndərməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmaslar olmayıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin özü Vladivostokda bu barədə danışıb: həqiqətən də baş verənlərlə bağlı erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən müfəssəl məktub var idi. O vaxtdan bəri başqa təmaslar olmayıb. Digər təmaslar barədə razılıq əldə olunur. Bu barədə sizə məlumat verəcəyik”, - deyə Kreml sözçüsü qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   Paşinyan  


Bizi "telegram"da izləyin