DİN dezinformasiya xarakterli məlumatlarla bağlı əhaliyə çağırış edib

2023/09/trend-1695130791.jpg
Oxunub: 168     17:26     19 Sentyabr 2023    
Əhalimizi dezinformasiya xarakterli məlumatlardan çəkinməyə çağırırıq.

Ordu.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi brifinqində deyib.

O qeyd edib ki, “Tiktok” platformasının fəaliyyəti məhdudlaşdırılıb.

“Ona görə ki, təhdilər var idi, dezinformasiyalar yayılırdı. Düşmən bizə qarşı təkcə silahdan istifadə etmir, sosial şəbəkə seqmentlərindən də istifadə edirdilər, dezinformasiyalar yayırlar. Hər bir azərbaycanlı diqqətli və məsuliyyətli olmalıdır. Yalnız dövlət qurumları tərəfindən verilən məlumatlara inanmalıdır”, - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DİN   Brifinq  


Bizi "telegram"da izləyin