DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

2023/09/1695130259.jpg
Oxunub: 113     17:23     19 Sentyabr 2023    
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ordu.az xəbər verir ki, bunu nazirliyin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev sentyabrın 19-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqizidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DİN   Qarabağ  


Bizi "telegram"da izləyin