Korotçenko: “Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri məcburi xarakter daşıyır”

2020/12/73421-1607405334.jpg
Oxunub: 211     16:50     19 Sentyabr 2023    
“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisində başlatdığı antiterror tədbirləri məcburi xarakter daşıyır. Antiterror tədbirləri bu gün erməni diversiya qrupları tərəfindən törədilən terror aktları ilə bağlıdır”.

Ordu.az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, hazırda istehkamlara, ordunun rabitə mərkəzlərinə, separatçıların hərbi texnikasına və Ermənistan ordusunun Qarabağda olan hissələrinə zərbələr endirilir: “Azərbaycanın məqsədi və vəzifəsi mülki obyektlərə və mülki əhaliyə dəyən ziyanı minimuma endirmək və ya ümumiyyətlə istisna etmək, düşmənin silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtələrini və hərbi obyektlərini məhv etməkdir”, - ekspert vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korotçenko   Azərbaycan  


Bizi "telegram"da izləyin