Zaxarova: “Rusiya ümid edir ki, Ermənistan Qərbin avantürasının təhlükəsini dərk edəcək”

2021/08/ca77d-1630070401.jpg
Oxunub: 17705     16:42     19 Sentyabr 2023    
“Rusiya ümid edir ki, Ermənistan qərblilərin avantürasının təhlükəsini dərk edəcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin bəyanatına münasibət bildirərkən deyib.

“Moskvanın Vaşinqtonun postsovet məkanında, xüsusən də Cənubi Qafqazda real məqsədləri barədə heç bir illüziyası yox idi”, - o qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ı hadisələrin nəticələri maraqlandırmır, Vaşinqton qurulan bütün təhlükəsizlik arxitekturasını məhv etmək, bütün müsbət məqamlara zərbə vurmaq niyyətindədir.

M.Zaxarova vurğulayıb ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi faktiki olaraq etiraf edib ki, ABŞ indi geosiyasi oyunlarının növbəti qurbanı kimi Ermənistanı seçib: “Söhbət Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdırılması və Qərbə yönləndirilməsindən gedir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin