ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

2023/09/7d0e6-1695125893.jpg
Oxunub: 149     15:57     19 Sentyabr 2023    
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə ATƏT sədri X hesabında bildirib.

"Bu gün mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində görüşəcək və diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışımı təzələyəcəyəm", - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin