Türkiyənin ordu generalı: "Qardaş ölkə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır"

2023/09/1695122672.jpg
Oxunub: 215     15:17     19 Sentyabr 2023    
"Qardaş ölkə Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır".

Ordu.az xəbər verir ki, bunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə telefon danışığı zamanı deyib.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin