MN: Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri guya atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır

2023/09/photo-1694461844.jpg
Oxunub: 182     15:11     19 Sentyabr 2023    
"Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - nazirlikdən qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   MN  


Bizi "telegram"da izləyin