“Paşinyana qarşı olan müxalifət 50 mindən çox insanı küçələrə çıxarmağa hazırdır” - Aram Qabrelyanov

2023/09/timth-1695112376.jpg
Oxunub: 216     15:56     19 Sentyabr 2023    
“Mən bildiklərimi deyirəm. Kreml Paşinyanın 50 faizdən artıq səs ala bilməməsinə təəccüblənir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyada yaşayan erməni media meneceri Aram Qabrelyanov “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, ölkə rəhbərliyini Paşinyanın hələ də çox güclü olduğuna inandıran Kreml qanadı biabır olub.

“Rusiya qüvvələri razıdır. Paşinyanın komandası şokdadır, çoxları əmindir ki, Nikol özünün şəxsi xilas oyununu oynayır və nəsə olsa, komandaya tüpürməklə dərisini xilas edəcək. Seçki komissiyasının rəhbəri maksimumu saxtalaşdırdı, lakin həyasızcasına Avinyana qələbə verməyə cəsarət etmədi. Vahaqn öz çevrəsində həbsxanaya getməyə hazırlaşmadığını bildirib. O, Kanadaya qaçacaq, mənim isə yerim yoxdur. Rusiyalı analitiklər Kremldə bildiriblər ki, Paşinyanın ardınca İrəvan küçələrinə çıxmağa hazır olan aktivlərinin maksimum sayı bir yarımdan 2 minə qədərdir. Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, Paşinyana qarşı olan müxalifət 50 mindən çox insanı küçələrə çıxarmağa hazırdır”, - deyə Qabrelyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kreml  


Bizi "telegram"da izləyin