Ordu.az xəbər verir ki, məlumatlar təsdiqlənərsə, alimlər Ayın daxili quruluşu ilə bağlı mühüm məlumatlar əldə edə biləcəklər.
Hindistan 2019-cu ildə uğursuz cəhdindən sonra ötən avqust ayında Ayın cənub qütbünə yaxın yerə enərək, yeni bir ilkə imza atıb.
Beləliklə Hindistanın “Chandrayaan-3” kosmik gəmisi tarix yazmağı bacarıb. Kosmik aparatın son məlumatlarına görə, Ayda ilk seysmik məlumatlar 1970-ci illərdən bəri qeydə alınmış ola bilər.
Qeydlərin seysmik məlumatlar olduğu təsdiqlənərsə, alimlər Ayın daxili quruluşu ilə bağlı yeni məlumat əldə etmək imkanı əldə edəcəklər.
Chandrayaan-3 missiyasına daxil edilən vasitəyə “Vikram” eniş aparatı və “Pragyan” adlı kəşfiyyat roveri daxildir.
Sevinc Əliyeva
Ordu.az