Erməni politoloq: “Hakimiyyətin reytinqi Qarabağ danışıqları ilə bağlı aşağı düşür”

2022/11/1669028887.jpg
Oxunub: 170     15:12     19 Sentyabr 2023    
“Bu hakimiyyətin qalib gəldiyi şüar Qarabağın Azərbaycana təhvil veriləcəyini nəzərdə tutmurdu”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikayelyan deyib.

Mikayelyan qeyd edib ki, bu, Ermənistan hakimiyyətinin tərəfdarlarının etimadının tozlanmasıdır.

“Ermənistanda siyasi mədəniyyət hələ formalaşmayıb. Hakimiyyətin reytinqi Qarabağ danışıqları ilə bağlı aşağı düşür”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin