“Samsun Yurt Savunma” 25 ildə dünyanın 6-cı ən böyük yüngül silah istehsalçısı olub

2023/09/2023--1695112140.jpg
Oxunub: 133     16:30     19 Sentyabr 2023    
Qurulmasının 25-ci ildönümünü qeyd edən “Samsun Yurt Savunma” şirkətinin İdarə Heyətinin sədri H. Zafer Aral xüsusi mesaj yayımlayıb.

Ordu.az xəbər verir ki, 1998-ci ildə qurulduqlarından bu yana sürətlə böyüdüklərinə diqqət çəkən Aral bu gün dünyanın 6-cı yüngül silah istehsalçısı olduqlarını, istehsallarının 95 faizini 4 qitədə 70 ölkəyə ixrac etdiklərini açıqlayıb.

O, mesajında dünyaca məşhur “CANiK” markası ilə böyük uğurlara imza atdıqlarına diqqət çəkib.

“Məqsədlərə çatmaq üçün obyektlərimizi Yüksək Texnologiyalar Mərkəzləri şəklində hazırladıq. “CANiK” ailəsi olaraq başqalarının ağlına belə gətirə bilmədiyi uğurlara imza atmışıq. Bu həyəcanı təkcə “CANiK” brendi altında deyil, həmçinin “CANiK Academy”, “AEI Systems”, UNIROBOTICS, UNIDEF və “MECANiK” kimi “Samsun Yurt Savunma” daxilindəki bütün törəmə şirkətlərimiz və brendlərimizlə yaşamağa davam edəcəyik”, - deyə Aral qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samsun-Yurt-Savunma   CANiK  


Bizi "telegram"da izləyin